• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın İnformasiyatəhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında

Kapital Bank-ın İnformasiyatəhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında
15.10.2025 12:57

 


Ölkənin birinci bankı Kapital Bank-ı təmsil edən komanda Bakıda keçirilən və kibertəhlükəsizlik sahəsində regionun ən böyük tədbirlərindən sayılan “CIDC-2025”kibertəhlükəsizlik festivalında böyük əzm nümayiş etdirərək adını qaliblər sırasına yazdırıb. Komanda festival çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə kibermüharibə” yarışmasında üçüncülük əldə edib.Banklar arasında ən yüksək nəticə göstərən komanda qazandığı 5000 AZN mükafatı bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılan “Qırmızı Ürəklər Fonduna” ianə etməklə sosial təşəbbüsə imza atıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilən “CIDC-2025” kibertəhlükəsizlik festivalı bu il rekord iştirakçı sayı ilə diqqət çəkib. Ümumilikdə 2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilatın qatıldığıtədbir kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına xidmət edib.

İki gün ərzində iştirakçılar “Ağıllı şəhərlərdə kibermüharibə” kimi gərgin yarışlarda bacarıqlarını sınayaraq kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən təşkil edilən 10 təqdimat və 5 panel müzakirəsində iştirak ediblər. Onlar, həmçinin Azərbaycanda “Hack The Future 2” proqramı üzrə ödənişsiz təlimlərindən faydalanaraq kibertəhlükəsizlik həlləri sərgisi ilə tanış olublar.

Qeyd edək ki, Kapital Bank rəqəmsal transformasiya prosesində kibertəhlükəsizliyi əsas prioritet hesab edir və bu sahədə daima ən yeni texnologiyaları tətbiq edir.
Bank daxili təhlükəsizlik tədbirləri ilə yanaşı, müştərilərin maarifləndirilməsi istiqamətində də ən aktiv maliyyə qurumlarından biridir. Bank mütəmadi olaraq fırıldaqçılıq, fişinq və digər kibertəhdidlərə qarşı məlumatlandırma kampaniyaları, sosial media paylaşımları edərək, müştərilərinin maliyyə məlumatlarını qorumağa kömək edir. Həmçinin, “Dayan, düşün, dəqiqləşdir!” kampaniyası çərçivəsində ənənəvi və rəqəmsal media kanalları, təlimlər, video materiallardan istifadə edərək müştərilərinin maarifləndirilməsinə xidmət edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol