• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə mənzillər satışa çıxarılacaq

Xankəndidə mənzillər satışa çıxarılacaq
14.11.2025 12:37

Xankəndidə mənzillər satışa çıxarılacaq. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezident xüsusi nümayəndəsi Elçin Yusubov məsələ ilə bağlı bildirib.

Onun sözlərinə görə, sahibkarlar şəhərdə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşasına başlayıb və tikinti başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq.

"Artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək",- məlumatda qeyd olunub.

Hazırda Xankəndində 12 erməni yaşayır. Onların təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən daim nəzarətdə saxlanılır. 

2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf bölgələr üzərində ölkənin  tam suveren nəzarəti bərpa edilib.

Bundan sonra şəhərin yenidən qurulması, əhalinin könüllü və mərhələli şəkildə geri qaytarılması, təhsil, infrastruktur, iqtisadiyyat və şəhərsalma sahələrində genişmiqyaslı layihələrin icrasına başlanılıb.

Indiyə kimi Xankəndi, Ağdərə və Xocalı rayonlarının 19 yaşayış məntəqəsində 1040 ailə olmaqla 4064 nəfər köçürülüb. Hazırda 3 bölgə üzrə 546 sahibkarlıq obyektində 3 mindən artıq şəxs işlə təmin olunub.

Aytac Zeynalova

 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol