Yol polisi avtobus sürücülərinə qarşı reyd keçirir

Yol polisi paytaxtda avtobus sürücülərinə qarşı reyd keçirir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, reyd paytaxt ərazisində avtobusların iştirakı ilə törədilən yol qəza hadisələrini minimuma endirmək üçün keçirilir. Reyd zamanı müvafiq sənədləri olmayan 97 avtobus idarəetmədən kənarlaşdırılıb.
Şöbə rəisi həmçinin 150 avtobus sürücüsünün yol hərəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edildiyini bildirib.
APA
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















