• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank və Visa-dan yeni kampaniya:“Disneyland®Paris”əsəyahət şansı

Birbank və Visa-dan yeni kampaniya:“Disneyland®Paris”əsəyahət şansı
19.11.2025 17:14

 

Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştərilərinə unikal təcrübə yaşadacaq yeni kampaniyaya start verir. “Disneyland® Paris-də Sehirli Dünyaya Visa dəstəyi ilə səyahət” adlı kampaniya çərçivəsində Birbank Visa taksit və debet kart sahibləri unudulmaz səyahət və pul mükafatları qazanmaq şansı əldə edirlər. 

Bunun üçün sadəcə xarici onlayn platformalarda və xarici ölkələrdə POS-terminallarda Birbank Visa kartları ilə ödəniş etmək yetərlidir. Kampaniya 30noyabr 2025-ci il tarixinədək davam edəcək və dəyərləndirmə hər 2 kateqoriya üzrə aparılacaq. Bu müddətədək ən çox dövriyyə edən ümumilikdə 1000 nəfər Birbank müştərisi qalib olacaq. Onlardan hər kateqoriyadan bir nəfər olmaqla ilk iki nəfər nağıllar aləminə, yəni “Disneyland® Paris”ə unudulmaz səyahət paketi əldə edəcək. Digər qalibləri isə dəyərli pul mükafatları gözləyir: 

• 3-cü yer – 1000 AZN 

• 4-5-ci yerlər – 500 AZN

• 6-10-cu yerlər – 300 AZN

• 11-20-ci yerlər – 200 AZN

• 21-50-ci yerlər – 100 AZN 

• 51-200-cü yerlər – 50 AZN 

Əlavə olaraq, yalnız onlayn ödənişlər istiqamətində 201-dən 800-dək yerləri tutan iştirakçıların hər birinə 20 AZN təqdim ediləcək.

Birbank-ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov bildirib: “Biz müştərilərimizə rahat bankçılıq xidmətlərimizlə bərabər, həm də unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik. Rəqəmsal dövrdə sərhədlər aradan qalxır və biz bu təcrübəni ölkə xaricinə də daşıyaraq müştərilərimizin səyahətlərini maraqlı imkanlarla zənginləşdiririk. İstəyirik ki, müştərilərimiz Birbank kartının sadəcə bir ödəniş vasitəsi deyil, həm də onları “Disneyland® Paris” kimi arzulanan məkanlara apara biləcək bir açar olduğunu bilsinlər”. 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol