• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır

Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
25.11.2025 14:35

 

Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır

Birbank Yeni il lotereyası ilə müştərilərinə Sea Breeze-də mənzil və minlərlə hədiyyə qazanmaq fürsəti yaradır. Belə ki, indi Birbank debet, Birbank taksit və Birbank Star kartı ilə edilən ödənişlər Yeni il lotereyasında öz sahiblərinə şans gətirir. Lotereya 17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri ərzində edilən bütün ödənişlərə şamil edilir. 

10 000 qalibin seçiləcəyi lotereyada 9 nəfər “iPhone 17 Pro”,  20 nəfər “Apple Watch SE2”, 40 nəfər “AirPods Pro”, 30 nəfər 500 AZN dəyərində səyahət paketi, 9900 nəfər isə müxtəlif sayda bonuslar qazanacaqlar. Lotereyanın super-prizi Sea Breeze-də “Park Lane” yaşayış kompleksində yerləşən mənzilə isə yalnız 1 nəfər sahib olacaq. 

Lotereyada iştirak üçün qeydiyyat tələb olunmur. Müvafiq əməliyyatlara görə biletlər avtomatik təyin olunur və müştərilər biletlərini Birbank mobil tətbiqində “Yeni il lotereyası” bölməsində izləyə bilərlər. Daha çox ödəniş daha çox şans deməkdir. Birbanklılar mobil tətbiq daxilində tapşırıqları tamamlayaraq biletlərinin sayını daha da artıra bilərlər. Bunun üçün Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsinə daxil olaraq “Yeni il lotereyası”na keçmək lazımdır. Burada isə iştirakçıları əlavə biletlər qazandıran tapşırıqlar gözləyir. Birmarket-də alış veriş isə biletlərin sayını 10 qat artırır. Lotereyada 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeyd edək ki, bir müştəri bir dəfə qalib ola bilər.

Qaliblər 23 fevral 2026-cı il tarixində Birbank-ın rəsmi sosial media kanallarında canlı yayım vasitəsilə təsadüfi üsulla seçiləcək.  

Ətraflı məlumat üçün: www.b-b.az/nylpr/

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol