Azərbaycanda ehtiyac meyarının həddi və yaşayış minimumu artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.Qanuna əsasən, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılarüçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir.Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















