• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir

Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir
11.12.2025 11:59

Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir. Gəncə şəhərində yerləşən ali məktəblərin ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının artırılmasında mühüm rol oynadığını bildirib. 

Daha sonra Kapital Bank-ın Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov kiberdələduzluğun geniş yayılan formaları və gündəlik əməliyyatlar zamanı diqqət edilməli məqamlar haqqında danışıb. Bankın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov isə son dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin qarşılaşdığı risklər və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçılara məlumat verib. 

Tədbirin yekununda keçirilən interaktiv sual-cavab sessiyasında isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara aydınlıq gətirib. 

Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.  

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc. 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol