• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat Nazirliyindən sürücülərə BƏD XƏBƏR

Nəqliyyat Nazirliyindən sürücülərə BƏD XƏBƏR
18.12.2013 14:32
Bundan sonra Bakıda sərnişindaşıma ilə məşğul olan avtobus və minik maşınları Nəqliyyat Nazirliyinin evakuatorları tərəfindən də cərimə meydançasına aparılacaq. ANN.Az-ın anspress-ə istinadən xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, avtobuslar, taksilər lisenziyasız fəaliyyət göstərirsə, bu zaman nazirliyin əməkdaşları həmin avtomobilləri xidmətdən kənarlaşdıracaqlar.“Bəzən lisenziyanın şərtlərini pozduqda, vergini vaxtında ödəmədikdə, texniki müayinədən keçmədikdə və sürücü tibbi yoxlanış olunmadıqda, lisenziyanın şərtləri pozulur. Bu zaman avtomobil xidmətdən kənarlaşdırılır. Həmin avtomobil Nəqliyyat Nazirliyinin cərimə meydançasında saxlanılır. Bundan başqa, əgər vətəndaş öz şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edirsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman nazirliyin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər”, - deyə Namiq Həsənov bildirib.Namiq Həsənovun sözlərinə görə, artıq bu qərar 10 gündür qüvvəyə minib: “Artıq dövlət yol polisinin evakuatoru ilə bərabər, Nəqliyyat Nazirliyinin evakuatoru da maşınları cərimə meydançasına aparanda, bunu anormal hal kimi qarşılamasınlar”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol