• $
  • €
  • ₽
  • ₺
  • £

Shell və BP Venesuelaya qayıda bilər

Shell və BP Venesuelaya qayıda bilər
05.01.2026 08:04

Britaniyanın iri neft-qaz şirkətləri Shell və BP ABŞ-ın Venesuelada prezident **Nikolas Maduro**nun devrilməsi ilə nəticələnən əməliyyatından sonra ölkədə fəaliyyətini bərpa etmək imkanlarını dəyərləndirir. Bu barədə The Daily Telegraph məlumat yayıb.

Qəzetin yazdığına görə, Shell Karib dənizində yerləşən və ehtiyatları təxminən 120 milyard kubmetr qiymətləndirilən Dragon qaz yatağının işlənməsində maraqlıdır.

Layihənin 30 il ərzində illik 500 milyon dollara qədər gəlir gətirə biləcəyi bildirilir. ABŞ hakimiyyəti ilə lisenziyalaşdırma məsələlərində yaranan fikir ayrılıqları səbəbindən layihə əvvəllər dondurulmuşdu, lakin yeni siyasi şəraitdə bu məhdudiyyətlərin yenidən nəzərdən keçirilə biləcəyi istisna edilmir.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Trump Venesuelanın neft-qaz sektorunun bərpasında əsasən Amerika şirkətlərinin iştirakını prioritet hesab etsə də, Shell-in də layihələrə cəlb olunması mümkündür.

Bununla belə, britaniyalı şirkətin ABŞ şirkətləri ilə birgə müəssisələr formatında işləməsi ehtimal olunur.

Panmure Liberum investisiya bankının analitiki Eşli Keltinin sözlərinə görə, əsas qazananlar artıq Venesuelada aktiv olan Chevron kimi iri Amerika şirkətləri olacaq.

Avropa şirkətləri isə daha sonra, risklərin bölüşdürülməsi məqsədilə tərəfdaş kimi cəlb edilə bilər.

The Daily Telegraph yazır ki, BP də Venesuelaya qayıtmaqda maraqlı ola bilər. Şirkət 2024-cü ildə Manakin–Cocuina qaz yatağının işlənməsi üçün lisenziya alsa da, Tramp administrasiyası həmin ilin aprelində icazəni geri almışdı. O vaxtdan BP-nin lisenziyanın bərpası üçün səylər göstərdiyi bildirilir.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol