• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məşğul əhalinin 35%-i kənd təsərrüfatında çalışsa da, sektorun ÜDM-də payı 5,9%-dir

Azərbaycanda məşğul əhalinin 35%-i kənd təsərrüfatında çalışsa da, sektorun ÜDM-də payı 5,9%-dir
11.03.2026 13:05

Azərbaycanda 1 milyon 782 min nəfər kənd təsərrüfatı sektorunda çalışır və bu sahə ölkədə ən çox məşğulluq yaradan sektor hesab olunur. Bu barədə Milli Məclisdə çıxışı zamanı deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, işçi sayına görə ikinci yerdə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi dayanır və bu sektorda 715 min nəfər çalışır. Bayramov qeyd edib ki, məşğul əhalinin 35,4 faizi kənd təsərrüfatında işləsə də, sektorun ÜDM-də payı cəmi 5,9 faiz təşkil edir.

Deputat bildirib ki, 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq iqtisadi dəyər yaradılıb. Ümumilikdə ölkə iqtisadiyyatında hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 min 671 manat olduğu halda, kənd təsərrüfatında bu göstərici 4 min 273 manat səviyyəsindədir.

Bayramov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında çalışanların payı xeyli aşağıdır. Onun sözlərinə görə, bu göstərici bir sıra ölkələrdə 2 faizədək, Rusiyada 5 faiz, Polşada 6 faiz, Qazaxıstanda 11 faiz, Türkiyədə isə 14 faiz təşkil edir. Deputat qeyd edib ki, Niderlandda məşğul əhalinin cəmi 2 faizi kənd təsərrüfatında çalışsa da, 2025-ci ildə bu ölkənin aqrar ixracı 137,5 milyard avroya çatıb. Müqayisə üçün, Azərbaycanda aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 2025-ci ildə 1,3 milyard dollar olub.

Onun sözlərinə görə, istehsal və ixrac imkanlarının artırılması üçün süni intellekt texnologiyalarından daha geniş istifadə vacibdir. Deputat əlavə edib ki, kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqi məqsəd deyil, iqtisadi nəticə əldə etmək üçün vasitədir və bu texnologiyaların sektorda yaratdığı real iqtisadi dəyərin ayrıca ölçülməsinə ehtiyac var.

Bayramov bildirib ki, hazırda qlobal aqrar sektorda süni intellekt tətbiqləri nəticəsində yaradılan iqtisadi dəyər 4,7 milyard dollar həcmində qiymətləndirilir və 2035-ci ilədək 46,6 milyard dollara çatacağı proqnozlaşdırılır.

Deputat qeyd edib ki, kənd təsərrüfatında süni intellekt daha çox dəqiq əkinçilik, kənd təsərrüfatının avtomatlaşdırılması, dron analitikası və heyvandarlığın monitorinqi kimi istiqamətlərdə tətbiq olunur. Bu texnologiyalar gübrə və pestisidlərin optimallaşdırılması, məhsul monitorinqi, sahə təhlili və heyvanların sağlamlığının izlənməsi kimi proseslərdə məhsuldarlığın artırılmasına xidmət edir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol