• $
  • €
  • ₽
  • ₺
  • £

2013-cü ilin yol qəzalarında ölən uşaqlar - Acınacaqlı statistika

2013-cü ilin yol qəzalarında ölən uşaqlar - Acınacaqlı statistika
11.12.2013 11:20

Azərbaycanda 2013-cü ilin 11 ayı ərzində 2646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb.

Bunu Trend-ə eksklüziv olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, hadisələrin 920-si paytaxt Bakıda baş verib. Bu zaman 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb.Kamran Əliyev qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumən baş verən hadisələrin, eləcə də bu zaman ölən və yaralananların sayı azalıb. Belə ki, hadisələrin sayı 60, ölənlərin sayı 4, xəsarət alanların sayı 84 fakt azalıb.Buna baxmayaraq, piyadaların iştirakı ilə baş verən hadisələrin, eləcə də ölən və xəsarət alanları sayı artıb ki, bu da çox ciddi narahatlıq doğurur. Belə ki, piyadaların vurulması ilə nəticələnən qəzalar hadisələrin ümumi sayının 38,1 faizini təşkil edir. Hesabat dövründə piyadaların vurulması ilə bağlı 1010 fakt qeydə alınıb. Bu zaman 364 nəfər ölüb, 728 nəfər yaralanıb. Ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 46, ölənlərin sayı 12, yaralananların sayı isə 38 fakt çoxdur.Hadisələrin ümumi sayının 35,5 faizini toqquşmalar (940 hadisə, 399 ölüm, 1298 yaralı), 31,2 fazini ötmə və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxma (826 hadisə, 356 ölüm, 1055 yaralı), 28,9 fazini sürət həddinin aşılması (767 hadisə, 380 ölüm, 659 yaralı), 12 faizini aşma (320 hadisə, 157 ölüm, 332 yaralı), 10,2 fazini maneəyə vurma (272 hadisə, 103 ölüm, 302 yaralı) təşkil edib.Bundan əlavə, yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində 230 qəza baş verib, bu zaman 49 nəfər ölüb, 287 nəfər yaralanıb. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə səbəbindən isə 73 hadisə baş verib, nəticədə 29 nəfər ölüb, 88 nəfər yaralanıb. Bu sahədə nisbətən müsbət irəliləyiş hiss olunur. Belə ötən ilin müvafiq dövrü ilə müqayisədə belə halların sayında 15, ölənlərin sayında 12, yaralananların sayında 9 fakt azalma müşahidə olunub.Hesabat dövründə avtobusların iştirakı ilə 97 hadisə qeydə alınıb, nəticədə 52 nəfər ölüb,116 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı, 9, ölənlərin sayı 1, xəsarət alanların sayı 59 fakt azalıb.Yük avtomobillərin iştirakı ilə 128 yol qəzası baş verib, nəticədə 57 nəfər ölüb, 113 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 12, ölənlərin sayı 16, xəsarət alanların sayı isə 20 fakt azalıb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol