• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun:öz təsirini yarat” mövzusunda təlim keçirilib

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun:öz təsirini yarat” mövzusunda təlim keçirilib
17.03.2026 14:45

 

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb və tələbələr üçün müxtəlif inkişaf vəmaarifləndirici tədbirlər təşkil edilir.

Əməkdaşlığın davamı olaraq 25 fevral 2026-cı il tarixində Təhsil Tələbə Kredit Fondunun təhsil kreditindən yararlanan tələbə və məzunları üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib. Təlim Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılar karyera planlaması, şəxsi brendin formalaşdırılması, əmək bazarının tələbləri və gənclərin peşəkar inkişaf imkanları barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən sessiyada gənclərə praktiki tövsiyələr və real iş mühiti ilə bağlı təcrübələr də bölüşülüb.

Təlimin əsas məqsədi təhsil tələbə kreditindən yararlanan tələbə və məzunların karyera seçimlərinədaha şüurlu yanaşmalarına, peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə və əmək bazarının tələblərinə daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək göstərmək olub. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinəvə ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc. 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol