• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi bölgələrə yağış yağır - Faktiki hava

Bəzi bölgələrə yağış yağır - Faktiki hava
13.04.2026 10:45

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 10:00-a olan məlumatında qeyd edilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 90, Zaqatalada (Əlibəy) 27, Qrızda 10, Daşkəsən və Xınalıqda 8, Gədəbəydə 5, Qax (Sarıbaş) və Qusarda (Laza) 4, Kəlbəcərdə 3, Laçında 2, Şuşa və Xankəndidə 1 sm-dir.

Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38, Qaxda 32, Şəkidə 31, Mingəçevirdə 23, Yevlaxda 19, Qəbələdə 18, Sədərəkdə 17, Goranboyda 15, Naftalanda 14, Şahbuz və Ağdamda 9, Qusar və Göyçayda 8, Tərtərdə 7, Culfada 6, Bərdə, Ordubadda 5, Lənkəran, Quba, Şərurda 4, Ağstafa, Zərdabda 3, Yardımlı, İsmayıllı, Xızı, Şamaxı, Göygöldə 2, Naxçıvan, Gəncə, Şamaxı, Qobustan, Şabran, Xaçmaz, Ağsu, Sabirabad, İmişli, Kürdəmir, Biləsuvar, Astara, Lerik, Qubadlı, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 22, Yevlaxda 21 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəki, Quba, Qax (Sarıbaş), Zaqatala, Qobustan, Şamaxı, Xızı, Balakən, Göygöl, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol