• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb

Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
18.04.2026 16:34

Bu ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitallı 65 yeni şirkət yaradılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 91,2 % çoxdur.

Bu barədə “Türkiyə Odalar və Birjalar Birliyi”nin (TOBB) məlumatında bildirilib.

Məlumata görə, I rübdə yaradılmış şirkətlərin 7-si (illik müqayisədə 75 % çox) səhmdar cəmiyyət, 58-i isə (+93,3 %) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 181,587 milyon türk lirəsi (4,051 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 dəfə çoxdur. Bunun 91,4 %-ini və yaxud 165 milyon 964 min türk lirəsini (3,702 milyon ABŞ dolları) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 5,3 dəfə çoxdur.

Təkcə martda Azərbaycan vətəndaşları Türkiyədə 17 şirkət (+54,5 %) yaradıb. Yeni şirkətlərin 3-ü səhmdar cəmiyyət (+3 dəfə), 14-ü MMC (+40 %) olub.

Ümumi kapitalı 16,775 milyon türk lirəsi (374 min ABŞ dolları; 62,9 % çox) olan ortaq şirkətlərin kapitalının 87 %-i və yaxud 14,6 milyon türk lirəsi (326 min ABŞ dolları; 42,4 % çox) azərbaycanlılara məxsus olub

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol