• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank: mövcud hüquqi baza lizinq bazarının inkişafını tam dəstəkləmir

Mərkəzi Bank: mövcud hüquqi baza lizinq bazarının inkişafını tam dəstəkləmir
22.04.2026 14:16

Mövcud normativ-hüquqi baza maliyyə icarəsi, yəni lizinq fəaliyyətinin genişlənməsini və inkişafını tam dəstəkləmir. Bunu Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev Milli Məclisdə çıxışı zamanı bildirib.


Əliyev təqdimat zamanı deyib ki, qanunvericilikdə maliyyə icarəsini adi icarədən fərqləndirən əsas xüsusiyyətlər tam əksini tapmayıb. Onun sözlərinə görə, bu sahənin prudensial tənzimləmə və nəzarətdən kənarda qalması da lizinq verənlərin maliyyə bazarlarından əlavə resurs cəlb etməsini çətinləşdirir.


Sədr müavini qeyd edib ki, hazırda maliyyə icarəsi ilə banklar və bank olmayan kredit təşkilatları, eləcə də xüsusi icazə tələb olunmadığı üçün vergi qeydiyyatından keçmiş sahibkarlar məşğul ola bilir.

Bununla belə, praktikada bu fəaliyyətlə məşğul olan subyektlərin yalnız kiçik hissəsi həqiqətən lizinq xidməti göstərir və bu göstərici müxtəlif dövrlərdə ümumi sayın 5-10%-ni keçmir.


Əliyev əlavə edib ki, sahibkarlıq subyektləri qeydiyyatdan keçərkən maliyyə icarəsi ilə yanaşı digər oxşar fəaliyyət növlərini də seçdiyindən, bazarda təqdim olunan lizinq xidmətlərinin real həcmini və əhatə dairəsini müəyyən etmək çətinləşir.


Onun sözlərinə görə, qanun layihəsinin qəbulu maliyyə icarəsi xidməti göstərən təşkilatların reyestrdə qeydiyyatına, onların hesabatlarının Mərkəzi Banka, kredit məlumatlarının isə kredit bürosuna təqdim olunmasına imkan verəcək. Bu isə sektordakı real vəziyyətin daha aydın görünməsinə şərait yaradacaq.


Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol