• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu BOKT-un lisenziyası ləğv olunub

Azərbaycanda bu BOKT-un lisenziyası ləğv olunub
23.04.2026 16:13

 

"Optimal Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, "Bank olmayan kredit təşkilatları haqqında" qanuna edilmiş dəyişiklərə əsasən, eləcə də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası" təsdiq edilib.

Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni BOKT-lara 1 milyon manat kapital tələbi qoyulub. Bu tələbə əməl etməyən "Optimal Finance"a icrası məcburi olan göstərişlər verilib. Lakin, ötən dövrdə kapital tələbinə əməl edilməyib. Odur ki, "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25.1.4-cü maddəsinə əsasən, 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziya ləğv edilib.

Qanunun 25.4-cü maddəsinə əsasən, kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

AMB-nin fəaliyyətini requlyativ tələblər əsasında daim nəzarətdə saxlamaqla qanunvericiliklə tələb olunan zəruri addımları atmaqda davam edəcək

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol