• $
  • €
  • ₽
  • ₺
  • £

DYP qeyri-sabit hava ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib

DYP qeyri-sabit hava ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
28.04.2026 13:51

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.


Qurumdan verilən məlumata görə, hazırda respublikanın bir sıra bölgələrində külək və yağışla müşayiət olunan qeyri-sabit hava şəraitinin qarşıdakı iki gün ərzində də davam edəcəyi gözlənilir.


Bildirilib ki, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən yola çıxarkən ehtiyatlı olmaları və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.


Xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücülərinə küləkli hava şəraitində daha məsuliyyətli davranmaq, daşınan yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirmək tövsiyə olunub.


DYP həmçinin qeyd edib ki, yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə və ara məsafəsinə nəzarəti artırmalı, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə işıq cihazları və şüşəsilgəclərin işlək vəziyyətdə olmasını təmin etməlidirlər.


Piyadalara isə əlverişsiz hava şəraitini nəzərə alaraq yollarda təhlükəli davranışlardan çəkinmək çağırışı edilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol