• $
  • €
  • ₽
  • ₺
  • £

Şahin Bağırov yeni qanunun tətbiq mexanizmlərindən danışıb

Şahin Bağırov yeni qanunun tətbiq mexanizmlərindən danışıb
01.05.2026 13:24

Şahin Bağırov: Gömrük Məcəlləsinə dəyişikliklər biznesə dəstəyi və şəffaflığı artıracaq


Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər biznesə dəstəyin gücləndirilməsinə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və gömrük orqanlarının işinin daha şəffaf qurulmasına xidmət edir. Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov parlamentdə Gömrük Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib.


Onun sözlərinə görə, Gömrük Məcəlləsi bir neçə il əvvəl qəbul edilib və beynəlxalq ticarətdə baş verən yeni proseslər qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir.


Bağırov bildirib ki, layihədə gömrük auditinin daha dəqiq tənzimlənməsi, kameral və səyyar yoxlamaların ayrılması nəzərdə tutulur.


“Kameral yoxlamalar əsasən elektron məlumatlar əsasında, məsafədən həyata keçiriləcək. Bu yanaşma səyyar yoxlamaların sayının azalmasına imkan verəcək,” o deyib.


DGK sədri qeyd edib ki, səyyar yoxlamalar yalnız zəruri hallarda aparılacaq və digər dövlət orqanları, o cümlədən vergi xidməti ilə koordinasiya olunacaq.


Bağırovun sözlərinə görə, rəqəmsallaşma gömrük sistemində subyektivliyi minimuma endirir və qərarların şəffaflığını artırır.


O əlavə edib ki, yeni dəyişikliklər risk əsaslı gömrük nəzarətinin genişləndirilməsini də nəzərdə tutur. Bu mexanizm beynəlxalq praktikada geniş tətbiq olunur və Azərbaycanda da son illərdə müsbət nəticələr verib.


“Risk idarəetmə sisteminin tətbiqi gömrük nəzarətinin effektivliyini artırıb və dövlət büdcəsinə daxilolmaların artmasına təsir göstərib",- Bağırov bildirib.


Onun sözlərinə görə, dəyişikliklər gömrük sistemində şəffaflığın artırılmasına, rəqabət mühitinin yaxşılaşdırılmasına və biznes subyektləri üçün daha əlverişli şərait yaradılmasına yönəlib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol