• $
  • €
  • ₽
  • ₺
  • £

Gəmiqayırma Zavodu Qazaxıstan şirkəti ilə iki quru yük gəmisinin inşası üzrə müqavilə imzalayıb

Gəmiqayırma Zavodu Qazaxıstan şirkəti ilə iki quru yük gəmisinin inşası üzrə müqavilə imzalayıb
04.05.2026 10:35

Bakı Gəmiqayırma Zavodu ilə Qazaxıstanın Samruk-Kazına fonduna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Razılaşmaya əsasən, beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası nəzərdə tutulur.

“AZCON Holding”in icraçı direktoru Şahin Babayev bildirib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi şirkətin əsas prioritetlərindəndir və layihə Azərbaycanın gəmiqayırma sənayesinin inkişafı baxımından əhəmiyyətlidir.

“Samruk-Kazına”nın İdarə Heyətinin sədri Nurlan Jakupov isə qeyd edib ki, bu əməkdaşlıq Qazaxıstanın tranzit potensialının artırılması və Transxəzər marşrutunun dayanıqlığının gücləndirilməsi baxımından vacibdir.

Onun sözlərinə görə, layihə Orta Dəhliz üzrə yük axınının artdığı bir dövrdə həyata keçirilir və həm yükdaşıma imkanlarının genişlənməsinə, həm də beynəlxalq tərəfdaşların cəlbinə xidmət edəcək.

Məlumata görə, beynəlxalq sifarişlər əsasında inşa olunan gəmilərin ümumi sayı 4-ə çatıb ki, bu da zavodun qlobal bazarda mövqeyinin gücləndiyini göstərir.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol