• $
  • €
  • ₽
  • ₺
  • £

Şəxsi debit kartlardan sahibkarlıq fəaliyyəti üçün istifadə edilməməlidir - Taleh Kazımov

Şəxsi debit kartlardan sahibkarlıq fəaliyyəti üçün istifadə edilməməlidir - Taleh Kazımov
06.05.2026 13:18

Fiziki şəxslərə məxsus debit kartlardan sahibkarlıq fəaliyyəti üçün istifadə edilməməlidir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı məlumatları ayda bir dəfə Vergi Xidmətinə təqdim etməlidir.

Kazımov bildirib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar sahibkarlıq hesabları üzərindən aparılmalıdır.

“Şirkət yaradan sahibkarlar sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları sahibkarlıq hesabları üzərindən keçirməlidirlər. Onda onlara heç kim heç nə edə bilməz. Fiziki şəxsin adına olan debit kartlardan sahibkarlıq fəaliyyəti üçün istifadə edilməməlidir”, - o deyib.

AMB sədrinin sözlərinə görə, əgər şəxsi debit kart üzrə çoxsaylı və şübhəli əməliyyatlar aşkarlanarsa, bank bu məlumatları Maliyyə Monitorinqi Xidmətinə təqdim edir.

Kazımov qeyd edib ki, Maliyyə Monitorinqi Xidməti həmin əməliyyatları təhlil etdikdən sonra vergidən yayınma, dələduzluq və ya çirkli pulların yuyulması riskləri müəyyən olunarsa, məlumat aidiyyəti qurumlara göndərilir.

“Gün ərzində bir şəxsin hesabına fərqli kartlardan yüzlərlə əməliyyat daxil olursa, bu, bank üçün şübhəli transaksiya sayılır. Bank bunu Maliyyə Monitorinqi Xidmətinə göndərir, xidmət də təhlil aparır və nəticəyə uyğun olaraq məlumatı aidiyyəti qurumlara ötürür”, - Kazımov bildirib.

AMB sədri vurğulayıb ki, bu proses bank sirrinin və ya fərdi məlumatların qanunsuz açıqlanması kimi qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, Mərkəzi Bank fiziki şəxslərin fərdi məlumatlarına çıxışın məhdudlaşdırılmasının tərəfdarıdır, lakin maliyyə sektoru şübhəli və qanunsuz pul axınlarının vasitəçisi olmamalıdır.

“Bank sirri və fərdi məlumatların açıqlanması məsələlərindən danışarkən çox diqqətli olmaq lazımdır. Bütün dünyada şübhəli əməliyyatlar üzrə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur”, - Kazımov əlavə edib.

N.Тəbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol