• $
  • €
  • ₽
  • ₺
  • £

BDU rektoru: Aqrar sığorta fermerin əməyini və gələcəyini qoruyan mexanizmdir

BDU rektoru: Aqrar sığorta fermerin əməyini və gələcəyini qoruyan mexanizmdir
07.05.2026 14:39

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev aqrar sığortanın fermerlərin risklərdən qorunması və kənd təsərrüfatında dayanıqlığın artırılması baxımından mühüm mexanizm olduğunu bildirib.
Babayev bunu BDU-da keçirilən “Risklərə qarşı Aqrar Sığorta Çətiri” konfransında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, kənd təsərrüfatı ölkə iqtisadiyyatı, ərzaq təhlükəsizliyi və regionların inkişafı üçün əsas sahələrdən biridir, lakin dolu, sel, daşqın, quraqlıq, şaxta, güclü külək, zərərvericilər və iqlim dəyişiklikləri bu sahədə ciddi risklər yaradır.


“Aqrar sığorta fermer üçün əlavə xərc kimi deyil, onun əməyini, məhsulunu və gələcəyini qoruyan etibarlı vasitə kimi qəbul edilməlidir”, - Babayev bildirib.


Rektor qeyd edib ki, Azərbaycanda “Aqrar sığorta haqqında” qanunun qəbul edilməsi, Aqrar Sığorta Fondunun yaradılması və sığorta mexanizmlərinin tətbiqi dövlətin aqrar sektora verdiyi önəmin göstəricisidir.


Babayevin sözlərinə görə, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ekstremal hava hadisələrinin artması fonunda aqrar sığortanın əhəmiyyəti daha da artır. Bu şəraitdə elmi əsaslandırılmış qərarlar, monitorinq sistemləri, rəqəmsal texnologiyalar və sığorta alətləri birgə tətbiq olunmalıdır.


O bildirib ki, aqrar sığortanın inkişafında elm və təhsilin rolu xüsusi əhəmiyyət daşıyır. Risklərin elmi əsaslarla öyrənilməsi, torpaq və su ehtiyatlarının qiymətləndirilməsi, rəqəmsal xəritələrin hazırlanması və proqnozlaşdırma modellərinin qurulması bu sahənin inkişafına töhfə verə bilər.
Babayev əlavə edib ki, aqrar sığorta iqtisadiyyat, hüquq, kənd təsərrüfatı, coğrafiya, hidrometeorologiya, ekologiya, informasiya texnologiyaları və data analitikasını birləşdirən sahədir.


Rektorun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası dövründə aqrar sığorta və risklərin düzgün qiymətləndirilməsi daha da aktuallaşır. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının dirçəldilməsi və dayanıqlı təsərrüfatların yaradılması üçün sığorta mexanizmləri mühüm rol oynayacaq.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol