• $
  • €
  • ₽
  • ₺
  • £

FAO rəsmisi: İqlim dəyişikliyi kənd təsərrüfatı üçün ən böyük risklərdən biridir

FAO rəsmisi: İqlim dəyişikliyi kənd təsərrüfatı üçün ən böyük risklərdən biridir
07.05.2026 15:18

İqlim dəyişikliyi müasir dövrdə kənd təsərrüfatı sektorunun üzləşdiyi ən ciddi problemlərdən birinə çevrilib.
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat “Risklərə qarşı Aqrar Sığorta Çətiri” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, fermerlərin fəaliyyəti təbiət hadisələrindən birbaşa asılıdır və iqlim dəyişiklikləri bu riskləri daha da artırır.

“Yağışlar, temperatur dəyişiklikləri, quraqlıq, eroziya, zərərvericilər və xəstəliklər fermerlərin gündəlik qarşılaşdığı əsas problemlərdir. Bu gün artıq iqlim dəyişikliyinin təsirlərini real həyatda yaşayırıq”, - Nasar Hayat bildirib.

O qeyd edib ki, son illərdə dünyada ekstremal hava hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb və bu proses kənd təsərrüfatına ciddi təsir göstərir.

FAO rəsmisinin sözlərinə görə, fermerlərin iqlim risklərinə qarşı dayanıqlığını artırmaq üçün texnologiyaların tətbiqi, müasir metodlardan istifadə və investisiyaların təşviqi vacibdir.

“Fermerlər özlərini təhlükəsiz hiss etməlidirlər ki, kredit götürüb investisiya edə bilsinlər. Aqrar sığorta bu baxımdan mühüm mexanizmdir və kənd təsərrüfatının davamlı inkişafına dəstək verir”, - o vurğulayıb.

Nasar Hayat əlavə edib ki, iqlim dəyişiklikləri ilə bağlı çağırışlar eyni zamanda yeni imkanlar da yaradır və xüsusilə gənclərin innovativ yanaşmaları bu sahədə mühüm rol oynaya bilər.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol