• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 2 QVt bərpa olunan enerji gücünün inteqrasiyası üçün enerji şəbəkəsini hazırlayıb

Azərbaycan 2 QVt bərpa olunan enerji gücünün inteqrasiyası üçün enerji şəbəkəsini hazırlayıb
07.05.2026 21:22

Azərbaycan 2027-ci ilin sonunadək 2 QVt bərpa olunan enerji gücünün enerji sisteminə inteqrasiyası üçün əsas hazırlıq işlərini tamamlayıb. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, birinci mərhələ üzrə enerji şəbəkəsinin təhlili ABŞ-ın Tetra Tech və Türkiyənin EFRA şirkətləri tərəfindən aparılıb. Araşdırma enerji sisteminin yeni gücləri qəbul etməsi üçün hansı modernizasiya işlərinin görülməli olduğunu müəyyən edib.

“Demək olar ki, bütün bu işlər çox uğurla həyata keçirilib”, – Abdullayev qeyd edib.

O bildirib ki, birinci mərhələ çərçivəsində nəzərdə tutulan BESS enerji saxlama sistemi artıq qurulub.

Hazırda 2027-ci ildən sonrakı dövr üzrə ikinci mərhələnin araşdırmaları aparılır. Abdullayevin sözlərinə görə, Çin institutu 2 QVt bərpa olunan enerjinin inteqrasiyasından sonra enerji şəbəkəsinin necə işləyəcəyini təhlil edir.

“Ümid edirik ki, yay aylarının sonuna qədər bu təhlil yekunlaşacaq”, – o deyib.

Abdullayev həmçinin bildirib ki, Azərbaycanda dənizdə külək enerjisi zonaları üzrə sənədlərin hazırlanması yekunlaşmaq üzrədir.

“Sectorlar hazırdır, bir-iki razılaşdırma qalıb. Bundan sonra sənədlər hökumətə təqdim olunacaq”, – o qeyd edib.

Onun sözlərinə görə, əvvəlcə Nazirlər Kabineti tərəfindən bərpa olunan enerji zonaları müəyyən edilməli, daha sonra layihələrin həyata keçirilməsi mexanizmi seçilməlidir.

Abdullayev əlavə edib ki, Azərbaycan yaşıl enerji dəhlizləri üzrə bir neçə istiqamətdə iş aparır. Bunlara Naxçıvan üzərindən, Gürcüstan və Türkiyə vasitəsilə marşrutlar, eləcə də Qara dənizin dibi ilə Avropaya çəkilməsi planlaşdırılan kabel layihəsi daxildir.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol