• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı–Türkmənbaşı marşrutu üzrə yeni gəmi Xəzərdə üzməyə başlayıb

Bakı–Türkmənbaşı marşrutu üzrə yeni gəmi Xəzərdə üzməyə başlayıb
12.05.2026 11:29

Bakı və Türkmənbaşı limanları arasında konteyner daşımalarını həyata keçirəcək yeni gəmi Xəzər dənizində fəaliyyətə başlayıb. Azərbaycan Dəmir Yolları sədrinin müavini Arif Ağayev bildirib ki, gəminin istismara verilməsi yalnız yeni nəqliyyat vasitəsinin istifadəyə verilməsi deyil, həm də Azərbaycan və Türkmənistan arasında əlaqələrin daha da möhkəmlənməsi üçün mühüm addımdır.

“Bu tarixi gün münasibətilə bütün həmkarları və türkmən qardaşlarımızı təbrik edirəm. Bu gəminin suya buraxılması təkcə bir gəminin istehsalı və istismara verilməsi deyil, həm də əlaqələrimizin daha da sıx olması üçün bir işarədir”, — Ağayev deyib.

Onun sözlərinə görə, Orta Dəhliz artıq ciddi alternativ nəqliyyat marşrutuna çevrilir və bu dəhliz üzərində yerləşən ölkələr artan yük həcminə cavab vermək üçün öz infrastrukturunu təkmilləşdirməlidir.

Ağayev qeyd edib ki, Azərbaycan Dəmir Yolları və Bakı Beynəlxalq Dəniz Limanı da bu istiqamətdə infrastrukturun genişləndirilməsi üzrə işlər aparır.

“Dəmir yollarında əsas xətlər təkmilləşdirilir, yeni lokomotivlər alınır, parkımız yeni vaqon və platformalarla gücləndirilir. Bakı Limanında hazırda keçid qabiliyyəti 150 min TEU-dur. Aparılan dibdərinləşdirmə işləri və alınacaq yeni avadanlıqlar hesabına bu göstəricini yaxın dövrdə 260 min TEU-ya çatdıracağıq”, — o bildirib.

Ağayevin sözlərinə görə, Türkmənistan tərəfinin yeni gəmini istifadəyə verməsi artan yük axınları fonunda mühüm addımdır. O əlavə edib ki, hazırda daha bir gəminin istehsalı davam edir və onun növbəti üç ay ərzində istismara verilməsi gözlənilir.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol