• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Invest maliyyə savadlılığını artırmaq üçün “Investube” layihəsini təqdim edib

ABB Invest maliyyə savadlılığını artırmaq üçün “Investube” layihəsini təqdim edib
14.05.2026 15:25

ABB Invest investorların maliyyə savadlılığının artırılması məqsədilə “Investube” adlı yeni maarifləndirici layihəyə başlayıb.

Şirkət nümayəndələri bildiriblər ki, layihə çərçivəsində kapital bazarı ilə bağlı terminlər və investisiya anlayışları sadə dildə izah olunacaq, videolar isə əsasən YouTube platformasında yayımlanacaq.

“Kapital bazarı haqqında əhalinin maarifləndirilməsi artmasa, iqtisadiyyatın inkişafında müəyyən çətinliklər yarana bilər. Biz düşünürük ki, kapital bazarı vasitəsilə maliyyələşmə iqtisadi artıma ciddi töhfə verəcək,” şirkət nümayəndəsi tədbirdə deyib.

Məlumata görə, layihə çərçivəsində hər ay müxtəlif mövzularda qısa videolar hazırlanacaq. Şirkət rəqəmsal platformalarda 2-3 dəqiqəlik qısa video formatına üstünlük verdiyini bildirib.

ABB Invest həmçinin universitetlərlə əməkdaşlıq etdiyini açıqlayıb. Şirkət nümayəndələri bildiriblər ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə maarifləndirmə layihələri həyata keçirilir və sentyabrdan yeni tədris proqramına start veriləcək.

Bundan əlavə, Qarabağ Universiteti ilə də ilkin razılaşma əldə olunub.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol