• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Invest: IPO investorlarının 60%-dən çoxu 35-40 yaşadək şəxslər olub

ABB Invest: IPO investorlarının 60%-dən çoxu 35-40 yaşadək şəxslər olub
14.05.2026 15:30

IPO dövründə səhm sifarişi verən investorların 60%-dən çoxunu 35-40 yaşadək şəxslər təşkil edib.

Şirkət nümayəndəsinin sözlərinə görə, ən aktiv investor qrupu məhz 35-40 yaş aralığında formalaşıb.

“IPO dövründə yaş qrupları üzrə analiz aparmışdıq və sifariş verənlərin 60%-dən çoxu 35-40 yaşa qədər olan əhali idi,” şirkət nümayəndəsi deyib.

ABB Invest qeyd edib ki, təkrar bazar üzrə yaş statistikası hələ tam təhlil edilməyib, lakin daha gənc istifadəçilərin investisiya bölməsinə marağının yüksək olduğu müşahidə olunur.

Şirkət bunu mobil tətbiqlərdən istifadənin rahatlığı ilə əlaqələndirib. Məlumata görə, mobil tətbiqdə ən çox ziyarət olunan bölmələrdən biri investisiya səhifələridir.

“İnsanlar mütəmadi olaraq portfellərinə, səhmlərin qiymət dinamikasına baxır və ticarət edirlər. Bu, bizim üçün müsbət göstəricidir,” nümayəndə bildirib.

ABB Invest əlavə edib ki, ABB-nin mobil tətbiqini iki milyondan çox istifadəçi yükləyib, aktiv istifadəçilərin sayı isə 1.5 milyona yaxındır.

Şirkət əsas məqsədinin mobil tətbiq istifadəçilərini investisiya xidmətlərinə daha çox yönləndirmək olduğunu qeyd edib.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol