• $
  • €
  • ₽
  • ₺
  • £

Cabbarov: Bakı və Sumqayıt Azərbaycanın əsas iqtisadi və bağlantı mərkəzidir

Cabbarov: Bakı və Sumqayıt Azərbaycanın əsas iqtisadi və bağlantı mərkəzidir
19.05.2026 14:19

Azərbaycan 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49%-dən 5%-ə endirməyə nail olub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkə regionun ən mürəkkəb ərazi münaqişələrindən birini həll edib”, –  o bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov tərəfindən də vurğulandığı kimi, Azərbaycan hazırda Cənubi Qafqaz regionunda yeni sülh arxitekturasının qurulmasında fəal iştirak edir.

Mikayıl Cabbarov bildirib ki, Bakı və Sumqayıt inzibati baxımdan fərqli şəhərlər olsa da, iqtisadi və nəqliyyat baxımından vahid metropolitan zona kimi fəaliyyət göstərir.

“Bu ərazi Azərbaycanın ən böyük iqtisadi məkanıdır və ölkənin ÜDM, məşğulluq, şəhərsalma və memarlıq potensialının böyük hissəsini özündə cəmləşdirir”, - nazir qeyd edib.

O əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi Sea Breeze Resort kimi layihələr şəhərlərin iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verir.

Nazir çıxışında azad edilmiş ərazilərin yenidən qurulmasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu da vurğulayıb.

Onun sözlərinə görə, şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə deyil, insanların rifahı və sosial inteqrasiyası ilə qiymətləndirilməlidir.

Mikayıl Cabbarov bildirib ki, gələcək dövrdə əsas çağırışlardan biri iqtisadi inkişaf, regional bağlantı və sosial rifah arasında balansın qorunması olacaq.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol