• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il ölkə ərazisindən təxminən 17 milyon ton yük daşınıb

Ötən il ölkə ərazisindən təxminən 17 milyon ton yük daşınıb
19.05.2026 14:23

2025-ci ildən Azərbaycan ərzisindən təxminən 17 milyon ton yük daşınıb. Bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

" Bu gün tikdiyimiz hər bir kilometr dəmir yolu, hər bir metr yol gələcəyimizi necə formalaşdıracağımıza dair seçimdir. Gələcəyi formalaşdırmaq dedikdə, mən yalnız cəmiyyətləri deyil, həm də düşüncə tərzimizi, fəaliyyət üsullarımızı və iqtisadi fəaliyyətimizi necə quracağımızı nəzərdə tuturam. Biz bağlantını insan potensialına investisiya kimi görürük və təsadüfi deyil ki, Azərbaycan bu gün Avrasiya regionunun kəsişmə nöqtəsində yerləşir. Bu gün tranzit həcmlərinin təxminən iki dəfə artdığını görürük.  Bakı–Tbilisi–Qars dəmir yolu artıq Orta Dəhlizi və Mərkəzi Asiyanı birləşdirir və Çindən yola çıxan qatarlar Türkiyə sərhədinə cəmi 15–18 gün ərzində çata bilir",- o bildirib.

Nazir bildirib ki, vətəndaşların şəxsi avtomobillərdən və taksilərdən ictimai nəqliyyata keçidini təmin edilib.

"Bu yanaşma ciddi tənqidlərlə qarşılandı. Həmin dövrdə küçələrdə təxminən 67 min taksi fəaliyyət göstərirdi və hər kəs xidmət keyfiyyətindən narazı idi. Eyni zamanda insanlar məsələnin sosial tərəfini də düşünürdülər. Lakin bizim əlimizdə aydın sübutlar var idi ki, dəyişikliklər həyata keçirilsə, yollar daha rahat olacaq. Bu gün küçələrdə cəmi 20 min taksi fəaliyyət göstərir və hazırda sosial problem müşahidə olunmur. Çünki məsələyə daha həssas yanaşdıq. Həmin dövrdə bəzi taksi sürücüləri bəzən 24 saata qədər işləyirdi və bu da sərnişinlərin təhlükəsizliyi üçün risk yaradırdı. Bu gün isə onların iş saatları normallaşıb və orta hesabla səkkiz saat təşkil edir",- o bildirib.

Aytac

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol