• $
  • €
  • ₽
  • ₺
  • £

KOBİA sədri: İşğaldan azad olunmuş ərazilər investorlar üçün yeni imkanlar yaradır

KOBİA sədri: İşğaldan azad olunmuş ərazilər investorlar üçün yeni imkanlar yaradır
22.05.2026 11:25

 Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi son illərdə artsa da, mövcud göstəricilər iki ölkənin real iqtisadi potensialını hələ tam əks etdirmir. Bu baxımdan kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet məsələlərdən biri kimi qiymətləndirilir.Bu fikirləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri  Orxan Məmmədov çıxışı zamanı səsləndirib.

O bildirib ki, iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.

Onun sözlərinə görə, 2023-cü ilin aprelində Azərbaycan Prezidentinin Tacikistana dövlət səfəri çərçivəsində KOBİA ilə Tacikistanın Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb və hazırda əsas məqsəd həmin sənədin konkret layihələrlə zənginləşdirilməsidir.

Orxan Məmmədov qeyd edib ki, KOBİA sahibkarlığın inkişafı istiqamətində müxtəlif dəstək mexanizmləri təqdim edir və “vahid pəncərə” prinsipi əsasında xidmət göstərir. O vurğulayıb ki, biznesin inkişafı mərkəzləri vasitəsilə sahibkarlara təlimlər, məsləhət xidmətləri və inkubasiya proqramları təqdim olunur.

KOBİA sədri qadın sahibkarlığının inkişafına da xüsusi diqqət ayrıldığını və bu sahədə əldə olunan təcrübənin tərəfdaş ölkələrlə paylaşılmasına hazır olduqlarını bildirib.

O həmçinin investorlar üçün Azərbaycanda tətbiq olunan təşviq mexanizmlərinə toxunaraq vergi və gömrük güzəştlərinin xarici investorlar üçün əlavə imkanlar yaratdığını qeyd edib.

O əlavə edib ki, nəqliyyat və tranzit imkanları, xüsusilə Orta Dəhliz marşrutu, eləcə də aqrar-sənaye, yüngül sənaye, turizm və yaşıl iqtisadiyyat gələcək əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol