• $
  • €
  • ₽
  • ₺
  • £

Paşa Bankın müştəri məmnuniyyəti 27% artıb

Paşa Bankın müştəri məmnuniyyəti 27% artıb
25.05.2026 11:05

Paşa Bankın müştəri məmnuniyyəti 2025-ci ilin yanvarında 48% səviyyəsində olduğu halda, 2026-cı ilin əvvəlində 61%-ə yüksəlib. Bu isə təxminən 27% artım deməkdir. Bunu Paşabankın İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Cavid Quliyev deyib.

Onun sözlərinə görə, bankın əsas məqsədi müştərilərə daha rahat və komfortlu bankçılıq həlləri təqdim etməkdir.

Cavid Quliyev bildirib ki, bu artım müştəri məmnuniyyətinin yüksəldilməsi, məhsul çeşidinin genişləndirilməsi və ödəniş, eləcə də qeyri-ödəniş həllərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin nəticəsidir.

Bank rəhbəri qeyd edib ki, müştəri sorğularına cavabvermə sürəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, daxil olan müraciətlərin 95%-nə 3 saatdan az müddətdə cavab verilir.

Cavid Quliyev əlavə edib ki, elektron poçt vasitəsilə daxil olan müraciətlərin sayı 50% azalıb, eyni zamanda rəqəmsal qərarvermə proseslərində 50%-dən çox optimallaşma əldə olunub.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol