• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev ərzaq məhsulları üzrə istehsal və idxal göstəricilərini açıqlayıb

İlham Əliyev ərzaq məhsulları üzrə istehsal və idxal göstəricilərini açıqlayıb
25.05.2026 16:26

Bəzi sahələrdə idxaldan asılılıq qalmaqdadır və bu istiqamətdə investorların fəallığı artırılmalıdır. Bunu İlham Əliyev Azərbaycanda əsas ərzaq məhsulları üzrə özünütəminetmə göstəricilərini açıqlayaraq bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan mal əti ilə özünü 84%, quş əti ilə 82%, qoyun-keçi əti ilə isə 94% təmin edir.

Əliyev qeyd edib ki, ölkədə illik mal əti istehsalı 150 min ton, idxal isə 30 min ton təşkil edir. Quş əti üzrə daxili istehsal 147 min ton, idxal 32 min ton, qoyun-keçi əti üzrə isə istehsal 88 min ton, idxal 5 min ton səviyyəsindədir.

Prezident bildirib ki, yumurta istehsalı daxili tələbatı tam qarşılayır. Onun sözlərinə görə, ölkədə 2 milyard 340 milyon ədəd yumurta istehsal olunur, idxala ehtiyac yoxdur və 90 milyon ədəd ixrac həyata keçirilir.

Balıq və balıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin 81% olduğunu deyən Əliyev qeyd edib ki, ölkə 23 min ton məhsul idxal edir, 7 min ton isə ixrac olunur.

Prezidentin açıqladığı rəqəmlərə görə, bitki yağları üzrə özünütəminetmə 52%, kərə yağı üzrə isə 62% təşkil edir.

Əliyev əlavə edib ki, ölkə şəkər üzrə özünü 102% təmin edir və 96 min ton ixrac həyata keçirir. Un üzrə təminat 95%, makaron məmulatları üzrə isə 89% səviyyəsindədir.

Prezident bu rəqəmlərin həm yerli, həm də xarici investorlar üçün mesaj olduğunu vurğulayıb.

“Bu gün idxal olunan məhsulların istehsalına investorları töhfə verməyə dəvət edirik”, - Əliyev deyib.

O həmçinin bildirib ki, ərzaq təhlükəsizliyinə təkcə müharibələr və nəqliyyat zəncirlərindəki problemlər deyil, iqlim dəyişiklikləri də təsir göstərir.

Prezident qeyd edib ki, may ayında müşahidə olunan intensiv yağıntılar su ehtiyatlarının artmasına səbəb olub və bu ilin kənd təsərrüfatı mövsümündə su probleminin yaranmayacağını gözlədiklərini bildirib.

Aytac Zeynalova 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol