• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Komissiyası: Beynəlxalq tərəfdaşlıqlar qlobal enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır

Avropa Komissiyası: Beynəlxalq tərəfdaşlıqlar qlobal enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır
01.06.2026 16:04

Beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və enerji sektorunda tənzimləyici çərçivələrin yaxınlaşdırılması qlobal enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir.
Bu barədə Avropa Komissiyasının Enerji Baş Direktorluğunun Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə Direktoru Kristina Lobillo Borrero Bakıda keçirilən enerji forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, enerji keçidi yeni əməkdaşlıq modellərinin formalaşdırılmasını tələb edir və bu prosesdə beynəlxalq tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir.

"Biz enerji ticarəti və əməkdaşlığı sahəsində mövcud maneələri müzakirə edə biləcəyimiz platformalar yaratmalıyıq. Bəzi hallarda idxal və ixrac proseslərində tənzimləyici çərçivələrdən irəli gələn çətinliklərlə üzləşirik. Buna görə də əməkdaşlığın inkişafı üçün normativ bazaların daha çox uyğunlaşdırılmasına ehtiyac var", – Lobillo Borrero deyib.

O qeyd edib ki, hər bir ölkə öz milli prioritetləri və prinsipləri əsasında enerji keçidini həyata keçirmək hüququna malikdir.

Bununla yanaşı, elektrikləşdirmənin genişləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və bərpa olunan enerji istehsalının artırılması qlobal enerji siyasətinin əsas istiqamətlərindəndir.

Avropa Komissiyasının rəsmisi bildirib ki, enerji təhlükəsizliyi yalnız enerji təchizatının təmin olunması ilə məhdudlaşmır, eyni zamanda iqtisadi rifahın və dayanıqlı inkişafın mühüm komponentidir.

"Enerjinin qlobal rifaha və enerji təhlükəsizliyinə necə töhfə verə biləcəyini nəzərə almalıyıq. İstehsal və istehlak arasında balansın qorunması, eləcə də enerji sistemlərinin dayanıqlığının artırılması beynəlxalq əməkdaşlığın əsas prioritetləri sırasında olmalıdır", – o vurğulayıb.

Lobillo Borrero əlavə edib ki, Avropa İttifaqı enerji sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi və enerji keçidinin sürətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. O, qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol