• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın enerji sektorunda yeni kəşfiyyat imkanları offshore mənbə süxurlarında axtarılmalıdır - Con Uolles

Azərbaycanın enerji sektorunda yeni kəşfiyyat imkanları offshore mənbə süxurlarında axtarılmalıdır - Con Uolles
02.06.2026 11:26

Azərbaycanın enerji sektorunun gələcək inkişafı əsasən Xəzər dənizində yeni kəşfiyyat işləri və mənbə süxurlarının araşdırılması ilə bağlı olacaq. Bunu Bakı Enerji Forumunda çıxışı zamanı “DeGolyer and MacNaughton” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Con Uolles deyib.

Onun sözlərinə görə, uğurlu neft-qaz layihələrinin əsasında keyfiyyətli rezervuarlar və güclü mənbə süxurları dayanır.

“Yaxşı rezervuarlarınız və güclü mənbə süxurlarınız varsa, layihənin uğurlu olacağına inam yaranır. Mən hesab edirəm ki, Azərbaycanın gələcəyi offshore kəşfiyyatda, xüsusilə də mənbə süxurlarının araşdırılmasındadır”, – Uolles bildirib.

O qeyd edib ki, ABŞ-da perspektivli neft-qaz sahələrinin böyük hissəsi artıq mənimsənilib və bu, beynəlxalq enerji şirkətlərini yeni imkanlar axtarmağa sövq edir.

“ABŞ-da əlçatan perspektivli ərazilərin əksəriyyəti artıq götürülüb. Şirkətlər bazar dəyərlərini qorumaq və ehtiyat bazasını genişləndirmək üçün xarici bazarlara yönəlməli olacaqlar. Bu tendensiyanı getdikcə daha aydın görürük”, – o vurğulayıb.

Uollesun fikrincə, beynəlxalq enerji şirkətlərinin əsas üstünlüyü mürəkkəb layihələrin həyata keçirilməsi sahəsində topladıqları təcrübədir.
“Bu şirkətlər müxtəlif ölkələrdə çətinliklərlə üzləşiblər, lakin iri layihələri uğurla idarə etməyi öyrəniblər. Bu təcrübə gələcəkdə daha geniş coğrafiyalara yayılacaq”, –  o əlavə edib.

O, həmçinin enerji keçidi çərçivəsində geotermal enerjinin rolunun artdığını qeyd edib.

Uolles bildirib ki, son dövrlərdə keçirilən beynəlxalq enerji tədbirlərində, o cümlədən Texasdakı konfransda geotermal enerji layihələri və İslandiyanın bu sahədəki təcrübəsi geniş müzakirə olunub.

Onun sözlərinə görə, ənənəvi karbohidrogen layihələri ilə yanaşı, geotermal enerji kimi alternativ mənbələr də qlobal enerji sistemində getdikcə daha mühüm yer tutacaq.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol