• $
  • €
  • ₽
  • ₺
  • £

PAŞA Capital: Azərbaycanın kapital bazarı on dəfə böyümə potensialına malikdir

PAŞA Capital: Azərbaycanın kapital bazarı on dəfə böyümə potensialına malikdir
03.06.2026 10:31

PAŞA Capital Azərbaycanda kapital bazarının mövcud səviyyədən on dəfə böyümə potensialına malik olduğunu hesab edir. Bu barədə şirkətin baş icraçı direktoru İsi Mustafayev bildirib.
Onun sözlərinə görə, PAŞA Capital üçün 2026-cı il inkişaf ili olacaq və şirkət bir sıra iri layihələrin icrasını planlaşdırır.

Mustafayev qeyd edib ki, PAŞA Bank-ın ilkin kütləvi səhm təklifi (IPO) kapital bazarı üçün tarixi hadisədir.

"İlk dəfə olaraq korporativ sektordan bir şirkət IPO mərhələsinə gəlib. Bu prosesin baş anderrayteri olmaq bizim üçün qürurvericidir", - deyə o bildirib.
Şirkət rəhbəri əlavə edib ki, IPO prosesinin iyunun ikinci həftəsində yekunlaşması gözlənilir və bu, təkrar bazarda PAŞA Bank səhmlərinin dövriyyəsinə imkan yaradacaq.
Onun sözlərinə görə, şirkətin ikinci əsas layihəsi növbəti strateji dövr üzrə inkişaf planının hazırlanmasıdır.

Mustafayev bildirib ki, PAŞA Capital eyni zamanda rəqəmsallaşma və biznes proseslərinin optimallaşdırılması istiqamətində işləri davam etdirir. Daxili sistemlərin tətbiqi başa çatdıqdan sonra yeni maliyyə alətlərinin bazara çıxarılması nəzərdə tutulur.

"Bizim istəyimiz bazardakı payımızı artırmaq deyil. Əsas hədəfimiz bazarın öz həcmini böyütməkdir", - o vurğulayıb.

Mustafayevin sözlərinə görə, Azərbaycanın kapital bazarları ümumi daxili məhsula nisbətdə digər ölkələrlə müqayisədə aşağı səviyyədədir və növbəti illərdə əsas məqsəd bazarın genişlənməsinə töhfə vermək olacaq.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol