• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı ildə AÇG-də ilk dəfə çoxlüləli quyu qazılacaq

2026-cı ildə AÇG-də ilk dəfə çoxlüləli quyu qazılacaq
03.06.2026 10:55

2026-cı ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında ilk dəfə olaraq çoxlüləli quyu dizaynının tətbiqi nəzərdə tutulur. Bu barədə yatağın qazma mühəndisi Fuad İbrahimov bildirilib.

"Çoxlüləli quyu texnologiyası mürəkkəb geoloji strukturlarda qazma işləri zamanı yaranan çətinliklərin aradan qaldırılmasına və platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə kömək edir. Texnologiya bir quyu lüləsindən bir neçə nöqtədə laya çıxış imkanı yaratmaqla hasilatın səmərəliliyinin artırılmasına şərait yaradır",- o bildirib.

Məlumata görə, bu yanaşma layların daha geniş əhatə olunmasına, drenaj səmərəliliyinin yüksəldilməsinə və mövcud infrastrukturdan maksimum istifadə edilməsinə imkan verir.

"bp yataq üzrə texnologiyaların tətbiqi strategiyası çərçivəsində çoxlüləli quyuların qazılması istiqamətində geniş kampaniya həyata keçirməyi planlaşdırır. Bu təşəbbüs üfüqi qazma, geonaviqasiya, əlavə qum təzahürlərinə qarşı mübarizə və axının tənzimlənməsinə yönəlmiş ağıllı tamamlama sistemləri ilə birlikdə tətbiq ediləcək",- o vurğulayıb.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol