• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin sonunadək 4 yeni günəş elektrik stansiyası istifadəyə veriləcək

Bu ilin sonunadək 4 yeni günəş elektrik stansiyası istifadəyə veriləcək
03.06.2026 12:01

Azərbaycanın günəş enerjisi üzrə texniki potensialı 23 GVt, külək enerjisi üzrə texniki potensialı isə 3 GVt təşkil edir. bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova deyib.

Onun sözlərinə görə, ölkənin dənizüstü külək enerjisi resurslarının texniki potensialı 157 GVt, ilkin qiymətləndirmələrə əsasən iqtisadi potensialı isə təxminən 38 GVt təşkil edir.

Hümbətova bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonalarının iqtisadi potensialı ən azı 2,5 GVt, Naxçıvanın isə 1,5 GVt səviyyəsində qiymətləndirilir.

O qeyd edib ki, hazırda Azərbaycanın ümumi quraşdırılmış elektrik enerjisi istehsalı gücü təxminən 10 GVt-dır. Bunun 20,8%-i bərpa olunan enerji mənbələrinin payına düşür. Bu göstəriciyə kiçik su elektrik stansiyaları, günəş və külək elektrik stansiyaları daxildir.

"ölkədə su elektrik stansiyalarının ümumi gücü 1,4 GVt təşkil edir. Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra günəş enerjisi üzrə quraşdırılmış güc 282 MVt-a çatıb, külək enerjisi üzrə quraşdırılmış güc isə 300 MVt-ı ötüb",- qurum rəsmisi əlavə edib.

Hümbətova əlavə edib ki, yaxın gələcəkdə ölkənin enerji sisteminə əlavə 2 GVt gücün inteqrasiyası planlaşdırılır. Bu məqsədlə 2026-cı ilin sonunadək ən azı dörd yeni enerji layihəsinin istismara verilməsi nəzərdə tutulur. Bunlar arasında gücü 445 MVt olan Biləsuvar Günəş Elektrik Stansiyası və ilk hərrac mexanizmi əsasında inşa edilən Qobustan Günəş Elektrik Stansiyası da yer alır.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol