• $
  • €
  • ₽
  • ₺
  • £

Adomaviçyus: Transxəzər dəhlizində rəqəmsallaşma yükdaşımaların sürətini artıracaq

Adomaviçyus: Transxəzər dəhlizində rəqəmsallaşma yükdaşımaların sürətini artıracaq
03.06.2026 12:11

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün rəqəmsallaşma və məlumat mübadiləsinin genişləndirilməsi əsas prioritetlərdən biridir. Bunu Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Yurgis Adomaviçyus Bakıda keçirilən nəqliyyat və logistika forumunda çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, logistika sahəsində müştəriləri ən çox maraqlandıran iki amil vaxt və xərclərdir. Buna görə də rəqəmsal logistika platformalarının əsas məqsədi yükdaşımaların sürətləndirilməsi və biznes üçün əlavə xərclərin azaldılmasıdır.


“Rəqəmsal logistika platformaları haqqında danışarkən, söhbət sadəcə kağız sənədlərin elektron formaya keçirilməsindən getmir. Məqsəd məlumatların əvvəlcədən yoxlanılması, təsdiqlənməsi və yükdaşımaların daha operativ həyata keçirilməsidir”, –  Adomaviçyus qeyd edib.


O bildirib ki, Transxəzər dəhlizi boyunca yerləşən ölkələrdə fərqli tənzimləmə qaydaları və sərhəd prosedurları daşıma prosesini mürəkkəbləşdirir. Buna görə də bütün iştirakçı ölkələrin informasiya sistemlərinin inteqrasiyası xüsusi əhəmiyyət daşıyır.


Assosiasiya rəhbərinin sözlərinə görə, rəqəmsal həllər vasitəsilə yük göndərənlər marşrut boyunca tələb olunan icazələr, sertifikatlar və digər sənədlər barədə əvvəlcədən məlumat əldə edə biləcəklər.


“Yük sərhədə çatdıqdan sonra hansısa sertifikatın çatışmadığının müəyyənləşdirilməsi günlərlə gecikməyə səbəb olur. Rəqəmsal platformalar bu problemlərin qarşısını almaq üçün əvvəlcədən təsdiq mexanizmləri təqdim etməlidir”, – o vurğulayıb.


Adomaviçyus qeyd edib ki, rəqəmsal mal pasportları, avtomatik sertifikatlaşdırma sistemləri və dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi Transxəzər dəhlizinin rəqabət qabiliyyətini artıracaq.


O, həmçinin müxtəlif ölkələrin uğurlu təcrübələrinin öyrənilməsinin vacibliyini vurğulayaraq, Litvanın bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.


“Bizim əsas məqsədimiz yüklərin sərhədlərdə vaxt itirmədən hərəkətini təmin etməkdir. Daha sürətli logistika isə biznes üçün daha az xərc və daha çox gəlir deməkdir”, - Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri əlavə edib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol