• $
  • €
  • ₽
  • ₺
  • £

UND rəhbəri: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji zərurətdir

UND rəhbəri: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji zərurətdir
03.06.2026 14:28

Orta Dəhliz artıq alternativ nəqliyyat marşrutu deyil, Avropa ilə Mərkəzi Asiya arasında ticarət və logistika əlaqələrinin inkişafı üçün strateji zərurətə çevrilib. Bu barədə TransLogistica Caspian Forumunda çıxışı zamanı Beynəlxalq Daşıyıcılar Assosiasiyasının (UND) baş icraçı direktoru Alper Özəl bildirib.


Onun sözlərinə görə, həm Avropa İttifaqı, həm də Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi Orta Dəhlizin əhəmiyyətini daha da artırır.


“Avropa dayanıqlı təchizat zəncirlərinin yaradılmasına və kritik xammallara təhlükəsiz çıxışın təmin olunmasına xüsusi önəm verir. Bu, Avropa Komissiyasının Mərkəzi Asiya strategiyasında da öz əksini tapıb. Eyni zamanda, Mərkəzi Asiya ölkələri Avropa bazarlarına çıxışlarını genişləndirməkdə maraqlıdırlar”, - Özəl bildirib.


UND rəhbəri qeyd edib ki, bu marşrutun uğuru baxımından Azərbaycan və Türkiyə həlledici rol oynayır.


“Azərbaycan Bakı limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolu və digər nəqliyyat infrastrukturlarına yatırdığı investisiyalar sayəsində Orta Dəhlizin reallığa çevrilməsində mühüm rol oynayıb. Türkiyə isə Avropaya açılan əsas qapıdır”, - o vurğulayıb.


Onun sözlərinə görə, Xəzər dənizi Orta Dəhlizin mərkəzi elementi hesab olunur və Azərbaycan bu sistemin əsas həlqələrindən biridir.


Özəl bildirib ki, hökumətlər arasında yüksək səviyyəli əməkdaşlıq mövcud olsa da, nəqliyyat operatorları, logistika şirkətləri və biznes nümayəndələri arasında da daha sıx koordinasiyaya ehtiyac var.


“Orta Dəhlizin potensialını tam reallaşdırmaq üçün sahənin iştirakçıları bir araya gələrək problemləri və dar boğazları müzakirə etməli, onların həlli istiqamətində birgə fəaliyyət göstərməlidirlər”, - o qeyd edib.


UND rəhbərinin sözlərinə görə, beynəlxalq logistika sektorunda Orta Dəhlizin səmərəliliyi ilə bağlı müxtəlif tənqidi yanaşmalar da mövcuddur.


“Bəzi ekspertlər marşrut üzrə normativ uyğunlaşdırmanın yetərli olmadığını, tariflərin yüksək olduğunu və logistika proseslərində problemlərin qaldığını bildirirlər. Bu məsələləri həll etməsək, Orta Dəhlizin rəqabət qabiliyyətini qorumaq çətin olacaq”,  - Özəl bildirib.


O, xüsusilə Xəzər keçidində yükdaşımalar zamanı yaranan gecikmələrə diqqət çəkib.
“Nəqliyyat operatorlarından aldığımız məlumata görə, bəzi hallarda Bakı limanında gözləmə müddəti 20-25 günə qədər uzanır. Bu, daşıyıcılar üçün ciddi problemdir və qəbul edilə bilməz. Logistika proseslərinin daha səmərəli təşkili vacibdir”, - o vurğulayıb.


Alper Özəl hesab edir ki, hazırda Orta Dəhliz üçün əlverişli imkanlar mövcuddur, lakin bu üstünlüklərin qorunması üçün problemlərin operativ həlli vacibdir.


“Dünya sürətlə dəyişir və bazar iştirakçıları hər zaman alternativ marşrutlar axtarırlar. Məqsədimiz Orta Dəhlizi dünyanın ən etibarlı, dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat dəhlizlərindən birinə çevirməkdir”, - UND rəhbəri əlavə edib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol