• $
  • €
  • ₽
  • ₺
  • £

“O‘ztemiryo‘lkonteyner”: Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 7 minə çata bilər

“O‘ztemiryo‘lkonteyner”: Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 7 minə çata bilər
03.06.2026 14:48

Qlobal logistika zəncirlərində son üç ildə baş verən dəyişikliklər fonunda Orta Dəhliz Çin, Mərkəzi Asiya və Avropa arasında ən perspektivli nəqliyyat marşrutlarından birinə çevrilir. Bunu “O‘ztemiryo‘lkonteyner” şirkətinin İdarə Heyətinin sədri Mirziyo Mirxamidov TransLogistica Caspian Forumunda bildirib.

Onun sözlərinə görə, son üç ildə qlobal logistika zəncirləri 35%-dən çox dəyişib, bəzi istiqamətlər üzrə çatdırılma müddətləri isə 20-40% artıb.

Mirxamidov qeyd edib ki, hazırda Orta Dəhliz üzrə illik konteyner daşımalarının həcmi təxminən 5 min konteyner təşkil edir, cari ildə isə bu göstəricinin 6,5-7 min konteynerə çatdırılması planlaşdırılır.

O əlavə edib ki, tikintisi davam edən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xətti regionda səmərəli multimodal nəqliyyat-logistika sisteminin formalaşdırılmasında əsas layihələrdən biri hesab olunur.

“Yeni dəmir yolu hələ tam istifadəyə verilməsə də, marşrut üzrə daşımalar artıq həyata keçirilir. 2025-ci ildə bu istiqamətdə təxminən 10 min konteyner daşınıb. 2026-cı ilin ilk beş ayında isə bu rəqəm artıq 6 min konteynerə yaxınlaşıb”, –  Mirxamidov bildirib.

Onun sözlərinə görə, şirkət bu il üzrə daşımaların həcminin ötən illə müqayisədə 15-20% artacağını gözləyir.

Mirxamidov vurğulayıb ki, Özbəkistan və “O‘ztemiryo‘lkonteyner” şirkəti bu nəqliyyat dəhlizinin inkişafına böyük önəm verir.

“Özbəkistan üzrə 18 yük terminalımız və öz logistika infrastrukturumuz var. Orta Dəhlizin inkişafı və bu marşrut üzrə daşımaların artırılması üçün bütün imkanlarımızı təqdim etməyə hazırıq”, – o qeyd edib.

Şirkət rəhbəri əlavə edib ki, marşrutun daha da səmərəli fəaliyyəti üçün həllini gözləyən bəzi məsələlər və zəif həlqələr qalmaqdadır, lakin onların aradan qaldırılması dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq.

N.Təbrizli 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol