• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsitəsdiqləndi

Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsitəsdiqləndi
03.06.2026 17:15

 

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə sahəsində peşəkar sertifikatın verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi üzrə Təlimat” qəbul edilib.

AMB-dən bildirilib ki, təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-cu maddəsinə və Mərkəzi Bankın “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun olaraq hazırlanıb. Sənəd maliyyə institutlarında çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının daxili nəzarət və risklərin effektiv idarə edilməsi sistemlərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq imtahanların təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Sənəddə, həmçinin sertifikatlaşdırmadan keçmiş rəhbər şəxslərin davamlı peşəkar inkişaf fəaliyyətlərinə müntəzəm olaraq cəlb edilməsi qaydaları da əks olunub.

Yeni çərçivəyə əsasən, peşəkar sertifikatlaşdırma prosesi “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nın tərkib hissəsi kimi tətbiq ediləcək. Sertifikasiya vəzifə qruplarından asılı olaraq imtahan modullarından ibarət olacaq. İlkin mərhələdə sertifikatlaşdırmaya ikinci müdafiə xəttinə aid risklərin idarə edilməsi funksiyasını icra edən əməkdaşlar cəlb ediləcəklər. Sertifikasiya çərçivəsində müvafiq beynəlxalq sertifikatlara malik şəxslər üçün imtahan modulları üzrə azadolma imkanları nəzərdə tutulub. İlk imtahanların cari ilin sonuna kimi başlanılması planlaşdırılır. İmtahanda iştirak ödənişsizdir və verilən sertifikatların müddətsiz olması nəzərdə tutulur.

Bu təşəbbüs maliyyə sektorunda vahid peşəkar standartların formalaşdırılmasına, insan resurslarının keyfiyyətinin artırılmasına, insan amili ilə bağlı risklərin azaldılmasına və ümumilikdə maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.

Təlimatı nəzərdən keçirmək üçün link:

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol