• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
04.06.2026 09:37

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti təxminən 3 dollar artaraq bir barel üçün 104,4 ABŞ dollarına yüksəlib.

Bazar məlumatlarına görə, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,72 ABŞ dolları və ya 2,67% artıb.

Eyni zamanda, qlobal etalon neft markası olan "Brent" üzrə avqust fyuçerslərinin qiyməti bir barel üçün 101,24 ABŞ dolları təşkil edib.

Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin qiyməti də 2,72 ABŞ dolları və ya 2,74% artaraq bir barel üçün 101,98 ABŞ dollarına çatıb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

"Azeri Light" Azərbaycanın əsas ixrac neft markasıdır və əsasən Xəzər dənizində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan hasil edilir. Layihədə Azərbaycanın dövlət enerji şirkəti SOCAR-ın payı 31,65% təşkil edir.

Tarixi göstəricilərə görə, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də pandemiya dövründə 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol