• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda mal ətinə tələbatın 83,7%-i yerli istehsal hesabına ödənilir

Azərbaycanda mal ətinə tələbatın 83,7%-i yerli istehsal hesabına ödənilir
04.06.2026 17:08

Azərbaycanda mal əti üzrə özünütəminetmə səviyyəsi 83,7%, qoyun əti üzrə 94,2%, quş əti üzrə isə 82%-ə çatıb və hökumət 2026-2030-cu illər üçün yeni Dövlət Proqramı çərçivəsində bu göstəriciləri daha da yüksəltməyi planlaşdırır.

Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramında ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Nazir müavini qeyd edib ki, ölkədə ət bazarında qiymətlərin sabitləşməsi istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi və istehsal xərclərinin azaldılması hesabına mümkün ola bilər.

“Əsas məqsədimiz ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və maya dəyərini aşağı salmaqdır. İstehsalın maya dəyərinin uyğun səviyyədə formalaşdırılması bazarda qiymət sabitliyinə töhfə verə bilər”, – deyə Əliyev bildirib.

Onun sözlərinə görə, son illərdə dünya bazarlarında ət məhsullarının bahalaşması müşahidə olunur. Bu prosesə pandemiyadan sonra logistika, yem və digər istehsal xərclərinin artması təsir göstərib.

Nazir müavini vurğulayıb ki, heyvandarlıq sektorunda əsas xərc elementi yemdir və yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına imkan verəcək.

Dövlət Proqramında heyvandarlıq sektorunun inkişafı ilə bağlı fundamental tədbirlər nəzərdə tutulub. İntensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına 2030-cu ilədək yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının faktiki 2,5%-dən 10%-ə çatdırılması hədəflənir.

Proqram çərçivəsində süd istehsalının təxminən 10%, ət istehsalının isə 20% artırılması, bununla da özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bu hədəflərə nail olmaq üçün yeni təsərrüfatların yaradılması, onların cins damazlıq heyvanlarla təmin edilməsi, yeni süd və dəri toplama məntəqələrinin qurulması, yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması, habelə damazlıq heyvan və məhsul subsidiyalarının tətbiqi planlaşdırılır.

Eyni zamanda, xırdabuynuzlu heyvandarlığın inkişafı hesabına qoyun əti ilə tam özünütəminetmə səviyyəsinə nail olunması hədəflənir.

Bu istiqamətdə yarımintensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələrinin qurulması, örüş və otlaq sahələrinin bərpası, eləcə də təsərrüfatların içməli su təminatının yaxşılaşdırılması üzrə tədbirlər müəyyən edilib.

Quşçuluq sektorunda isə yeni müasir quşçuluq damlarının qurulması və mövcud damların modernləşdirilməsi, müasir kəsimxanaların yaradılması, torpaq təyinatı ilə bağlı çətinliklərin aradan qaldırılması, damazlıq işinin təşviqi, həmçinin quşçuluq müəssisələrinin elektrik və qaz şəbəkələrinə qoşulma xərclərinin subsidiyalaşdırılması nəzərdə tutulur.

Bu tədbirlər hesabına 2030-cu ilədək quş əti istehsalının təxminən 30% artırılması və quş əti üzrə özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması hədəflənir.

Əliyev bildirib ki, proqramın icrası kənd təsərrüfatında məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına, regionlarda məşğulluğun genişlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək.
 

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol