• $
  • €
  • ₽
  • ₺
  • £

Türk Dövlətləri Təşkilatının bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb

Türk Dövlətləri Təşkilatının bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb
09.06.2026 10:00

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ümumi daxili məhsulu (ÜDM) 2,1 trilyon dollara çatıb ki, bu da dünya iqtisadiyyatının təxminən 3%-ni təşkil edir. Bu barədə İqtisadi Statistikanın Tədqiqat və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatının maliyyə-bank sektoru üzrə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, TDT ölkələrində iqtisadi artım orta hesabla 6% təşkil edir. Qırğızıstanda bu göstərici 11%-i, Özbəkistanda 7%-i, Qazaxıstanda 6,5%-i, Azərbaycanda isə 5%-i ötür.

Qasımlı qeyd edib ki, təşkilata üzv ölkələrin bank aktivləri artıq 1,2 trilyon dollara yaxınlaşıb və bu, dünya bank aktivlərinin təxminən 0,8%-nə bərabərdir.

Onun sözlərinə görə, TDT məkanında ümumi kredit portfeli də təxminən 670 milyard dollara çatıb ki, bu da qlobal kredit bazarının 2,3%-ni təşkil edir.

İcraçı direktor hesab edir ki, bu göstəricilər Türk Dövlətləri Təşkilatında maliyyə-bank sektorunun inkişafı və kapital bazarlarının genişlənməsi üçün böyük potensialın olduğunu göstərir.

Qasımlı bildirib ki, təşkilata üzv ölkələrdə maliyyə inteqrasiyasının dərinləşdirilməsi üçün tənzimləyici mexanizmlərin uyğunlaşdırılması, süni intellekt, blokçeyn, tokenizasiya və açıq maliyyə kimi yeni texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycan TDT çərçivəsində maliyyə və bank sektorunda əməkdaşlığın genişləndirilməsinə, rəqəmsal həllərin tətbiqinə və regional maliyyə inteqrasiyasının gücləndirilməsinə töhfə verməyə hazırdır.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol