• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ÜDM 1,4% artıb -Nazir

Azərbaycanda ÜDM 1,4% artıb -Nazir
09.06.2026 11:48

Azərbaycanın ÜDM-i 2025-ci ildə 129,1 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə real ifadədə 1,4%, nominal ifadədə isə 2% artım deməkdir. Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, 2023-cü illə müqayisədə ÜDM 6 milyard manat və ya 5% artıb.
Babayev bildirib ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manata çatıb. Bu sektorda real artım 2,7%, 2023-cü illə müqayisədə nominal artım isə 13,3 milyard manat və ya 16,9% təşkil edib.

“Bu göstəricilər qeyri-neft-qaz sektorunun iqtisadi artımda rolunun gücləndiyini göstərir,” nazir qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə xam neftin bir barelinin orta illik qiyməti 71 dollar, orta illik inflyasiya 5,6% olub.

 Manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qalıb.

Babayev bildirib ki, əhalinin nominal gəlirləri 2024-cü illə müqayisədə 8% artıb.

Nazirin sözlərinə görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard manat və ya ÜDM-in 20,1%-i təşkil edib. 

Bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azalıb.

2026-cı il iyunun 1-nə dövlət borcu 24,1 milyard manata və ya ÜDM-in 18,4%-nə enib.

“Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələrdən biridir,” -Babayev bildirib.

Nazir qeyd edib ki, 2026-cı il yanvarın 1-nə borc portfelinin 17,8 milyard manatı və ya 68,5%-i daxili dövlət borcunun, 8,2 milyard manatı və ya 31,5%-i xarici dövlət borcunun payına düşüb.

2026-cı il iyunun 1-nə daxili dövlət borcu 16,2 milyard manat, xarici dövlət borcu isə 7,9 milyard manat və ya 4,6 milyard dollar təşkil edib.

Babayev bildirib ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır.

Onun sözlərinə görə, dövlət istiqrazlarının orta ödəmə müddəti il ərzində 2,2 dəfə artaraq 3,3 ilə, 2026-cı il iyunun 1-nə isə 3,83 ilə çatıb.

 Portfeldə beş il və daha uzunmüddətli istiqrazların payı 0,6%-dən 49%-ə yüksəlib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol