• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
09.06.2026 15:20

Mobil operator ISO 10002:2018 standartına uyğunluğunu bir daha təsdiqləyib

“Azercell Telekom” MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 10002:2018 “Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılması” beynəlxalq standartı üzrə növbəti uyğunluq auditini uğurla tamamlayaraq sertifikatını yeniləyib. Audit “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.

ISO 10002:2018 standartı müştəri şikayətlərinin operativ və effektiv idarə olunmasını, müraciətlərin şəffaf şəkildə araşdırılmasını və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsini nəzərdə tutur. Sertifikatın yenilənməsi Azercell-də müştəri müraciətlərinin qəbul edilməsi, araşdırılması və cavablandırılması proseslərinin beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunduğunu təsdiqləyir.

Qeyd edək ki, Azercell bu sertifikatı ilk dəfə 2011-ci ildə əldə edib və ötən dövr ərzində müştəri məmnuniyyətinin artırılması istiqamətində tətbiq etdiyi idarəetmə sistemlərini davamlı olaraq təkmilləşdirib. 

Məlumat üçün bildirək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) müxtəlif sahələr üzrə beynəlxalq standartların hazırlanmasını həyata keçirən qlobal təşkilatdır.

Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, həmçinin (012) 490 49 49 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 490 52 52 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə günün 24 saatı müraciət etmək mümkündür.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol