• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici fəaliyyətlərə ötən il 655 milyon manat xərclənib - Sahil Babayev

Xarici fəaliyyətlərə ötən il 655 milyon manat xərclənib - Sahil Babayev
12.06.2026 12:17

Azərbaycanda 2025-ci ildə dövlət adından yaradılmış və dövlət sifarişi əsasında fəaliyyət göstərən 44 publik hüquqi şəxsin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 968 milyon manat vəsait ayrılıb. Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, ötən il beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların fəaliyyəti, beynəlxalq tədbirlər və xarici yardımların maliyyələşdirilməsi üçün ümumilikdə 655 milyon manat xərclənib.

Sahil Babayev qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi çərçivəsində 504 milyon manat vəsait ayrılıb. Bu göstərici 2024-cü illə müqayisədə 18,5 milyon manat və ya 3,8% çoxdur.

Nazirin təqdim etdiyi məlumata görə, hesabat ilində güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə 85 milyon manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarına isə 15 milyon manat yönəldilib. Beləliklə, bu istiqamətlər üzrə ümumi dövlət dəstəyi 100 milyon manat təşkil edib.

Maliyyə naziri bildirib ki, 2025-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün 7,6 milyard manat vəsait ayrılıb ki, bu da dövlət büdcəsi xərclərinin 19,6%-nə bərabərdir. Həmin vəsaitin 2,3 milyard manatı investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Onun sözlərinə görə, investisiya xərclərinin 1,7 milyard manatı infrastruktur layihələrinə, 303 milyon manatı sosial təyinatlı obyektlərə, 98 milyon manatı isə müdafiə, məhkəmə, hüquq-mühafizə və digər dövlət qurumlarının obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmirinə sərf olunub.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol