• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət borcu ÜDM-in 20,1 faizini təşkil edib - Hesablama Palatası

Dövlət borcu ÜDM-in 20,1 faizini təşkil edib - Hesablama Palatası
12.06.2026 12:26

Azərbaycanın 2025-ci ildə dövlət maliyyəsinin idarə olunması üzrə əsas fiskal göstəriciləri müəyyən edilmiş hədəflərə uyğun icra olunub. Bu barədə Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirələri zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun məlumatına görə, iqtisadiyyatın inkişaf tempi 11,16%, dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 20,1% təşkil edib. Hər iki göstərici fiskal qaydalarda müəyyən edilmiş hədəflər çərçivəsində qiymətləndirilib.

Sədr qeyd edib ki, qeyri-neft ÜDM-nin artması qeyri-neft büdcə kəsirinin nisbətən azalmasına müsbət təsir göstərib. Bununla yanaşı, dövlət büdcəsi xərclərinin tam həcmdə icra olunmaması da fiskal intizam göstəricilərinin qorunmasına kömək edib.

Hesabata əsasən, 2025-ci ildə vergi gəlirləri əvvəlki illə müqayisədə 1,5%, qeyri-vergi gəlirləri isə 10,2% artıb. Buna baxmayaraq, dövlət büdcəsi gəlirlərinin strukturunda vergi daxilolmalarının payı azalaraq 50,2%-ə düşüb, qeyri-vergi gəlirlərinin payı isə 47,8%-ə yüksəlib. Bu dinamika büdcə gəlirlərində transfertlər və digər alternativ mənbələrin rolunun artdığını göstərir.

Gülməmmədov bildirib ki, hesabat ilində icra olunmuş dövlət büdcəsi xərclərinin 16,6%-i transfert və ayırmalarla bağlı olub. Dövlət büdcəsindən edilən transfertlərin həcmi əvvəlki illə müqayisədə 8,9% artıb.

O vurğulayıb ki, 2018-ci ildən etibarən dövlət büdcəsinin neft sektorundan asılılığında tədrici azalma müşahidə edilir. Bununla belə, 2025-ci ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər fondun ümumi xərclərinin 84,3%-nə bərabər olub ki, bu da neft gəlirlərinin dövlət maliyyəsində əhəmiyyətli rolunu qoruduğunu göstərir.

Hesablama Palatası dövlət proqramlarının maliyyələşdirilməsi və nəticələrinin monitorinqi ilə bağlı hesabatlılığın genişləndirilməsini tövsiyə edib. Qurumun hesablamalarına görə, dövlət proqramları və strateji sənədlərin icrası ilə bağlı əməliyyatların həcmi 10,1 milyard manata çatıb.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol