• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi artım proqnozlardan geri qalıb - deputat

İqtisadi artım proqnozlardan geri qalıb - deputat
12.06.2026 12:43

Azərbaycanda iqtisadi artım tempinin aşağı düşməsi struktur islahatların və investisiyaların artırılmasını zəruri edir. Bunu Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra olunsa da, iqtisadi artım tempində ciddi zəifləmə müşahidə olunur.

“Ümumi daxili məhsulun artım tempi proqnozlaşdırılan səviyyədən xeyli aşağı olub. Bu, əsasən neft sektorundakı azalma ilə izah edilir. Ancaq bu ilin yanvar-may aylarında da iqtisadi artım tempi aşağı düşüb. Qeyri-neft sektorunda artım cəmi 0,4 faiz təşkil edib. Bu, artıq ciddi siqnaldır”, – deputat qeyd edib.

Əli Məsimli investisiyaların azalmasının iqtisadi artıma mənfi təsir göstərdiyini vurğulayıb.

“Azərbaycanda investisiyaların səviyyəsi ümumi daxili məhsulun 13 faizindən də aşağı düşüb. Bu göstərici ilə sürətli və dayanıqlı iqtisadi artıma nail olmaq mümkün deyil. İnvestisiyaların ÜDM-də payını ən azı 25 faizə çatdırmaq lazımdır ki, iqtisadi artıma ciddi təkan verilsin”, – o deyib.

Deputatın sözlərinə görə, dövlət investisiyaları iqtisadi inkişaf üçün mühüm rol oynasa da, artımın yeganə mənbəyi hesab edilə bilməz.

“Dövlət investisiyaları iqtisadi artıma təsir göstərir, amma yüz faiz müəyyənedici amil deyil. İndiki dövrün tələblərinə uyğun olaraq bir sıra istiqamətlərdə islahatların sürətləndirilməsinə ehtiyac var”, – deyə o əlavə edib.

Əli Məsimli qeyri-neft sektorunun maliyyələşdirilməsi üçün yeni mexanizmlərin yaradılmasını da təklif edib.

“Qeyri-neft sektorunda artımın 0,4 faiz olması maliyyə və kredit siyasətində əlavə tədbirlərin görülməsini tələb edir. Ağır Sənaye Bankı və İnnovasiya İnkişaf Bankı kimi ixtisaslaşmış maliyyə institutlarının yaradılması və ya bu funksiyaların mövcud banklar vasitəsilə həyata keçirilməsi faydalı ola bilər”, – deputat bildirib.

O, çıxışında elm və texnologiyaların maliyyələşdirilməsi məsələsinə də toxunaraq Prezidentin bu sahə ilə bağlı fikirlərini xatırladıb.

“Prezident İlham Əliyev qeyd edib ki, ‘təbii sərvətlər tükənən sərvətlərdir, tükənməz sərvət isə intellektual potensialdır’. Bu baxımdan elmə və texnologiyalara daha çox sərmayə yatırılmalıdır”, – Məsimli deyib.

Deputatın sözlərinə görə, hazırda Azərbaycanda elmə ayrılan vəsait ÜDM-in təxminən 0,4 faizinə bərabərdir.

“Elm sahəsində çalışanların əməkhaqları ölkə üzrə orta əməkhaqqından 1,3-1,4 dəfə aşağıdır. Elmi-tədqiqat müəssisələrinin maliyyələşdirilməsi artırılmalı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır”, – o vurğulayıb.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol