• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir

Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
12.06.2026 13:09

Azərbaycanda daxili miqrasiyanın qarşısının alınması və regionlarda əhalinin saxlanılması üçün sərhəd və dağ kəndlərində xüsusi tarif siyasəti tətbiq edilməlidir. Bunu Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.

“İnsanlar kəndlərdən şəhərlərə üz tutur, məktəblər və tibb məntəqələri istifadəsiz qalır, minlərlə hektar torpaq sahəsi becərilmədən qalır. Eyni zamanda paytaxtda yol qovşaqlarına, tunellərə, mənzil və əmək bazarına daha çox vəsait yönəldilir”, - deputat  deyib.

Onun sözlərinə görə, sərhəd və dağ kəndlərində əhalinin yaşayışını stimullaşdırmaq üçün kommunal xidmətlər üzrə diferensial tariflər tətbiq oluna bilər.

“Elektrik, qaz, su və internet tariflərini bir neçə dəfə azaltmaqla ilin 6-8 ayını sərt iqlim şəraitində keçirən dağ və sərhəd kəndlərində həyat şəraitini dəyişmək mümkündür. Bir kənddə yaşayan fermerlə Bakıda çalışan ofis işçisi eyni kommunal tarif ödəyirsə, paytaxtda mənzil və əmək bazarındakı qeyri-mütənasiblik davam edəcək”, – deputat bildirib.

Bundan əvvəl Milli Məclisdə dağ kəndlərində kommunal xərclərin şəhərlərə nisbətdə azaldılması təklifləri səslandırılıb. 

Gülnar Nazimqızı 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol