• $
  • €
  • ₽
  • ₺
  • £

İİB: Azərbaycan halal iqtisadiyyatında mühüm rol oynaya bilər

İİB: Azərbaycan halal iqtisadiyyatında mühüm rol oynaya bilər
16.06.2026 10:27

Azərbaycan strateji mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səyləri sayəsində qlobal halal iqtisadiyyatının inkişafında mühüm rol oynaya bilər. Bunu İslam İnkişaf Bankının (İİB) yüksəkvəzifəli nümayəndəsi bildirib.

Bakıda keçirilən Halal İqtisadiyyatı Liderlik Forumunda çıxış edən İİB-in Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Ələsavi deyib ki, Azərbaycanın nəqliyyat bağlantıları və halal sektoruna artan marağı regional halal dəyər zəncirlərinin güclənməsinə və yeni investisiya imkanlarının yaranmasına kömək edə bilər.

Onun sözlərinə görə, qlobal halal iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən sektorlarından biridir, lakin standartlar və sertifikatlaşdırma sistemlərinin parçalanması, maliyyələşməyə çıxışın məhdudluğu və logistika sahəsində boşluqlar üzv ölkələr üçün əsas çağırışlar olaraq qalır.

Ələsavi bildirib ki, sektorun potensialının açılması, dayanıqlı iqtisadi artımın və regional inteqrasiyanın dəstəklənməsi üçün hökumətlər, biznes və inkişaf institutları arasında daha sıx əməkdaşlıq tələb olunur.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol